AZ

Qazax teatrında iki yeni tamaşa

Qazax Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Musa Eyyubovun mətbuata verdiyi məlumata görə, fevral ayında Ağalar İdrisoğlunun əsəri əsasında hazırlanan “Teleqram” tamaşasının premyerası keçiriləcək.

Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin quruluş verdiyi səhnə əsərində rolları Əməkdar artist Hacı Hacıyev, Ceyhun Vəlizadə, Xəqan Qurbanov, Nazilə Məmmədova, Minayə İbrahimova, Məlahət Vəliyeva, Sayalı İsmayılova oynayacaqlar.

Gələn ay teatrın səhnəsində Şəbnəm Xeyrullanın “Arqon” monopyesi əsasında hazırlanan eyniadlı tamaşanın da premyerası olacaq. Quruluşçu rejissoru Allahverdi Musayev olan tamaşada rolları aktyorlar Yusif Qoca və Rüfət Ömər canlandıracaqlar. Hazırda məşqləri aparılan hər iki səhnə əsərinin rəssamı Aysan Omarovadır.

Teatrın kollektivi “Teleqram” tamaşasını mart ayında Bakıda da teatrsevərlərə təqdim etməyi planlaşdırır.

XQ

Seçilən
4
9
xalqqazeti.az

10Mənbələr