AZ

Bu il Şəki Dövlət Dram Teatrı teatrsevərlərə dörd yeni tamaşa təqdim edəcək

Şəki Dövlət Dram Teatrı 2025-ci ildə də sənətsevərləri bir-birindən maraqlı tamaşalarla sevindirəcək. Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, bu il teatrda dörd yeni tamaşa hazırlanacaq.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.

Teatrın rəsmisi bildirib ki, Xalq şairi Bəxtiyar Vahabzadənin “Dar ağacı” pyesi əsasında hazırlanacaq tamaşaya teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli quruluş verəcək. Tamaşa Xalq şairinin anadan olmasının 100 illik yubileyinə həsr olunur.

Xalq yazıçısı Anarın “Gürcü familiyası” hekayəsinin motivləri əsasında səhnələşdiriləcək “O uzaq axşam...” birhissəli epik dram rejissor Elvin Nurinin quruluşunda təqdim olunacaq.

Teatrın quruluşçu rejissoru Elvin Nuri tərəfindən tamaşaya qoyulması planlaşdırılan digər əsər isə yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Varlı qadın” pyesidir.

Lalə Məmmədova bildirib ki, hazırda bu sənət ocağında teatrın baş rejissoru Mirbala Səlimlinin quruluşunda repertuar planda nəzərdə tutulan yeni səhnə əsərinin – polşalı yazıçı və dramaturq Slavomir Mrojekin “Xoşbəxt hadisə” (tərcümə edəni Vaqif Aslan) pyesi əsasında hazırlanan tamaşanın masaarxası məşqləri davam edir. Tamaşa yeni quruluşda teatrsevərlərə təqdim olunacaq.

Seçilən
2
9
xalqqazeti.az

10Mənbələr