Sosial şəbəkələrdə “Azər-Türk Med” klinikasında plastik cərrahın əməliyyat zamanı “TikTok” platformasında canlı yayın açması ilə bağlı görüntülər yayılıb.
Görüntülər narazılığa səbəb olub.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, qeyd edilən faktın qanunvericilik çərçivəsində araşdırılması üçün tapşırıq verilib:
“Faktla bağlı lazımi tədbirlər görülür. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.