Bakı. Trend:
Ziraat Bank Azərbaycan 10 illiyi münasibəti ilə Naxçıvanşəhərində yeni, 10-cu filialını müştərilərin istifadəsinə təqdimedib. Filial açılışından öncə Türkiyə Respublikasının NaxçıvanMuxtar Respublikasındaki Baş Konsolu Asip Kaya və Bank rəhbərliyiUlu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarətedərək dərin ehtiramla onu yad ediblər. Heydər Əliyev adına olanmuzeyi ziyarət edən Bank nümayəndələri, T.C. “Ziraat Bankası”-nınNaxçıvan şəhərində nümayəndəliyin açılışı ilə bağlı 33 il öncə UluÖndər Heydər Əliyev tərəfindən yazılan təbrik mətni ilə tanışolublar.
Filialın təntənəli açılışında Naxçıvan Muxtar RespublikasındaAzərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyininəməkdaşı Günay Nəzərova, Türkiyə Respublikasının Naxçıvan MuxtarRespublikasında Baş Konsolu Asip Kaya, Naxçıvan MuxtarRespublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifələriniicra edən Abbas İsmayılov, Naxçıvan Muxtar Respublikasının maliyyənazirinin müavini Elvib Əlimərdanov, Azərbaycan RespublikasıMərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri ElçinƏliyev, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan MuxtarRespublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan MuxtarRespublikası kənd təsərrüfatı nazirinin müavini, nazirinvəzifələrini icra edən Xəyalə Dadaşova, Sahibkarlığın İnkişafıfondunun İdarə Heyətinin sədri Vüsal Novruzov, AzərbaycanRespublikası Naxçıvan İpoteka Fondunun İdarə Heyətinin sədri YalçınVəliyev, digər rəsmilər və dövlət xadimləri Ziraat BankAzərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir ilə birlikdərəmzi qırmızı lenti kəsərək bankın Naxçıvan filialını müştərilərinistifadəsinə təqdim etdilər.
Təntənəli açılış tədbirində Baş Konsul çıxış edərək Ziraat BankAzərbaycanın Naxçıvan Muxtar Respublikasında filial açmasınınTürkiyə-Azərbaycan ticari və iqtisadi münasibətlərinin inkişafınamüsbət töhfə verəcəyini vurğuladı. Bankın sədri Dr. Selçuk Demir özçıxışında Naxçıvan filialının açılışında iştirak edən qonaqlara öztəşəkkürünü bildirdi. Filialın açılışında iştirak edən NaxçıvanMuxtar Respublikasında Azərbaycan Respublikası Prezidentininsəlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, AzərbaycanRespublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliadından hər kəsi salamlayaraq, Ziraat Bank Azərbaycanın əsassəhmdarı olan T.C. “Ziraat Bankası”-nın Türkiyənin ən önəmlibanklarından biri olduğunu vurğulayaraq, Naxçıvanda bu filialınuğur qazanacağına inandığını bildirdi. Naxçıvan MuxtarRespublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifələriniicra edən Abbas İsmayılov öz çıxışında Ziraat Bank AzərbaycanınNaxçıvanda filial açmasının bank sektorunda rəqabətliliyinartmasına və inkişafına töhfə verəcəyini vurğuladı. Ziraat BankAzərbaycanın sədri Dr. Selçuk Demir, öz müsahibəsində dünyanın 19ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olanZiraat Bank Azərbaycanın Naxçıvan Muxtar Respublikasında filialaçmasında xarici ticarət əməliyyatlarında sahibkarla dəstək olmaqlayanaşı, real sektorun inkişafına böyük rol oynayacağına inandığınıvurğuladı.
Filialın önündə rəmzi qırmızı lenti kəsən rəsmilər, Naxçıvanfilialını müştərilərin istifadəsinə təqdim etdilər. Qeyd edək ki,filialın açılış tədbirində rəsmilərlə yanaşı bir çox sahibkarlar daiştirak etdilər. Filial açılışından sonra Naxçıvanda Ziraat BankAzərbaycan və Naxçıvan Muxtar Respublikasının Sahibkarlığınİnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalandı. MüqaviləniZiraat Bank Azərbaycanın İdarə Heyətinin üzvü və Satış qrupununkoordinatoru Ömer Yılmaz və Naxçıvan Muxtar RespublikasıSahibkarlığın İnkişafı Fondu Sahibkarlığın İnkişafı Fondunun İdarəHeyətinin sədri Vüsal Novruzov imzaladılar. Müqaviləyə əsasənZiraat Bank Azərbaycan Naxçıvan Muxtar RespublikasındaSahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri iləsahibkarlara maliyyələşdirmə imkanları yaradılmasına dəstəkolacaq.
Qeyd edək ki, Ziraat Bank Azərbaycanın Naxçıvan filialıAtatürk küç. ev 9 ünvanında yerləşir və həftəiçi 9:00- 17:00 saataralığında müştərilərinə xidmət göstərir.
"Ziraat Bank Azərbaycan" ASC, 161 illik tarixə malik TürkiyəRespublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank,Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsulvə xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 10 filialı, eləcədə rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı BankınInstagram, X-platforması, Linkedin, YouTube sosial mediahesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edəbilərsiniz.