AZ

NEQSOL Holding Risklərin İdarə Edilməsi və Komplayens Funksiyalarını Rəqəmsallaşdırır (FOTO)

Bakı. Trend:

NEQSOL Holding beynəlxalq şirkətlər qrupu Korporativ İdarəetmə,Risklərin İdarə Edilməsi və Komplayens (GRC) funksiyalarınırəqəmsallaşdırmaq üçün Swiss GRC şirkəti ilə mühüm müqaviləimzalayıb.

Bu tərəfdaşlıq, bazarın aparıcı iştirakçıları arasında fərqlənənSwiss GRC-nin təkliflərinin və platforma imkanlarının önə çıxdığı,yüksək rəqabətli və geniş qiymətləndirmə prosesininnəticəsidir.

İlkin mərhələdə NEQSOL Holding özünün artıq inkişaf etdirilmişsahələri üzrə - Korporativ Risklərin İdarə Edilməsi, Komplayens,SƏTƏM, Daxili Nəzarət, İnsidentlərin İdarə Edilməsi və digər –Swiss GRC modullarını tətbiq edəcək.

Bu addım, NEQSOL Holding və onun tərkibindəki şirkətlər –Azerconnect Group, Bakcell, Vodafone Ukrayna və Norm – üçün özbiznes proseslərini təkmilləşdirmək və davamlı inkişafı dəstəkləməkistiqamətində növbəti nailiyyətdir.

Tərəfdaşlıq haqqında danışan NEQSOL Holding-in Baş MaliyyəDirektoru və NEQSOL Holding Azərbaycan-ın Rəhbəri İmran Əhmədzadəbildirib: “Bu, Holdinq üçün vacib addımdır, çünki Risklərin İdarəEdilməsi, Korporativ İdarəetmə və Komplayens sahələrində bizimqabaqcıl mövqelərimiz və inkişaf səviyyəmiz daha təkmil rəqəmsalalətlərin tətbiqini tələb edir. Swiss GRC ilə bu tərəfdaşlığınNEQSOL Holding-in bütün şirkətlərində bu sistemləri tamrəqəmsallaşdırmağa kömək edəcəyinə inanırıq.”

NEQSOL Holding-də Risklərin İdarə Edilməsi üzrə rəhbər SamirKərimov qeyd edib: “Swiss GRC həllərinin tətbiqi bizə bütün biznessahələrində riskləri nəzarətdə saxlamaq və idarə etmək üçünetibarlı bir platforma təqdim edəcək. Bu platforma prosesləri dahasəmərəli edəcək, şəffaflığı artıracaq və risklərin daha yaxşı idarəolunmasına imkan yaradacaq.”

Swiss GRC-nin Baş Direktoru Besfort Kuqi bu mühüm hadisəninəhəmiyyətini qeyd edib: “NEQSOL Holding-i əsas beynəlxalqmüştərilərimizdən biri kimi qarşılamaqdan qürur duyuruq. Hərtərəfliqiymətləndirmə prosesi platformamızın və xidmətlərimizin gücünü əksetdirir, və biz NEQSOL Holding-in GRC sahəsində iddialıtəşəbbüslərini dəstəkləməyi səbirsizliklə gözləyirik. Bu, Swiss GRCüçün qlobal miqyasda genişlənməyə davam etdiyimizi göstərən mühümbir nailiyyətdir.”

Swiss GRC-nin MEA & APAC üzrə Baş Meneceri Rajeev Duttəməkdaşlığın strateji dəyərini vurğulayıb: “NEQSOL Holding kimi birqrupla tərəfdaşlıq, GRC Toolbox-un hərtərəfli və geniş miqyaslıolduğunu təsdiq edir. Bu əməkdaşlıq təşkilatlara fərqli normativmühitlərdə effektiv fəaliyyət üçün innovativ həllərin təqdimedilməsinə sadiqliyimizi nümayiş etdirir.”

Swiss GRC platforması NEQSOL Holding-ə riskləri proaktiv idarəetmək, hesabatlılığı artırmaq və bütün qrup üzrə əməliyyatdayanıqlığını gücləndirmək imkanı verir. Fərdi ehtiyaclara uyğunhazırlanmış modulların istifadəsi, Swiss GRC-nin müxtəlif və böyüktəşkilatların xüsusi ehtiyaclarına uyğun həllər təqdim etməkqabiliyyətini əks etdirir.

NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalqşirkətlər qrupudur. Əlavə məlumat üçün: www.neqsolholding.com .

Baş ofisi İsveçrənin Lucerne şəhərində olan Swiss GRC Korporativİdarəetmə, Risklərin İdarə olunması və Komplayens (GRC) həlləriüzrə aparıcı təminatçıdır. Əlavə məlumat üçün: www.swissgrc.com .

NEQSOL
NEQSOL
NEQSOL
NEQSOL
NEQSOL
NEQSOL
Seçilən
4
6
az.trend.az

7Mənbələr