AZ

® “NEQSOL Holding” risklərin idarə edilməsi və komplayens funksiyalarını rəqəmsallaşdırır

“NEQSOL Holding” beynəlxalq şirkətlər qrupu korporativ idarəetmə, risklərin idarə edilməsi və komplayens (grc) funksiyalarını rəqəmsallaşdırmaq üçün “Swiss GRC” şirkəti ilə mühüm müqavilə imzalayıb.

Bu tərəfdaşlıq bazarın aparıcı iştirakçıları arasında fərqlənən “Swiss GRC”nin təkliflərinin və platforma imkanlarının önə çıxdığı, yüksək rəqabətli və geniş qiymətləndirmə prosesinin nəticəsidir.

İlkin mərhələdə “NEQSOL Holding” özünün artıq inkişaf etdirilmiş sahələri - korporativ risklərin idarə edilməsi, komplayens, sətəm, daxili nəzarət, insidentlərin idarə edilməsi və digər – üzrə Swiss GRC modullarını tətbiq edəcək.

Bu addım, “NEQSOL Holding” və onun tərkibindəki şirkətlər – Azerconnect Group, Bakcell, Vodafone Ukrayna və Norm üçün öz biznes proseslərini təkmilləşdirmək və davamlı inkişafı dəstəkləmək istiqamətində növbəti nailiyyətdir.

Tərəfdaşlıq haqqında danışan “NEQSOL Holding”in Baş maliyyə direktoru və “NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə bildirib ki, bu, Holdinq üçün vacib addımdır.

“Çünki risklərin idarə edilməsi, korporativ idarəetmə və komplayens sahələrində bizim qabaqcıl mövqelərimiz və inkişaf səviyyəmiz daha təkmil rəqəmsal alətlərin tətbiqini tələb edir. “Swiss GRC” ilə bu tərəfdaşlığın “NEQSOL Holding”in bütün şirkətlərində bu sistemləri tam rəqəmsallaşdırmağa kömək edəcəyinə inanırıq”,- deyə o əlavə edib.

“NEQSOL Holding”də risklərin idarə edilməsi üzrə rəhbər Samir Kərimov qeyd edib: “Swiss GRC” həllərinin tətbiqi bizə bütün biznes sahələrində riskləri nəzarətdə saxlamaq və idarə etmək üçün etibarlı bir platforma təqdim edəcək. Bu platforma prosesləri daha səmərəli edəcək, şəffaflığı artıracaq və risklərin daha yaxşı idarə olunmasına imkan yaradacaq.”

“Swiss GRC”nin Baş direktoru Besfort Kuqi bu mühüm hadisənin əhəmiyyətini qeyd edib: “NEQSOL Holding”i əsas beynəlxalq müştərilərimizdən biri kimi qarşılamaqdan qürur duyuruq. Hərtərəfli qiymətləndirmə prosesi platformamızın və xidmətlərimizin gücünü əks etdirir, və biz “NEQSOL Holding”in GRC sahəsində iddialı təşəbbüslərini dəstəkləməyi səbirsizliklə gözləyirik. Bu, “Swiss GRC” üçün qlobal miqyasda genişlənməyə davam etdiyimizi göstərən mühüm bir nailiyyətdir”.

“Swiss GRC”nin MEA & APAC üzrə Baş meneceri Rajeev Dutt əməkdaşlığın strateji dəyərini vurğulayıb: “NEQSOL Holding” kimi bir qrupla tərəfdaşlıq, “GRC Toolbox”un hərtərəfli və geniş miqyaslı olduğunu təsdiq edir. Bu əməkdaşlıq təşkilatlara fərqli normativ mühitlərdə effektiv fəaliyyət üçün innovativ həllərin təqdim edilməsinə sadiqliyimizi nümayiş etdirir”.

“Swiss GRC” platforması “NEQSOL Holding”ə riskləri proaktiv idarə etmək, hesabatlılığı artırmaq və bütün qrup üzrə əməliyyat dayanıqlığını gücləndirmək imkanı verir. Fərdi ehtiyaclara uyğun hazırlanmış modulların istifadəsi, “Swiss GRC”nin müxtəlif və böyük təşkilatların xüsusi ehtiyaclarına uyğun həllər təqdim etmək qabiliyyətini əks etdirir.

“NEQSOL Holding” 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Əlavə məlumat üçün: www.neqsolholding.com.

Baş ofisi İsveçrənin lütsern şəhərində olan “Swiss GRC” korporativ idarəetmə, risklərin idarə olunmasıvə komplayens (GRC) həlləri üzrə aparıcı təminatçıdır. Əlavə məlumat üçün: www.swissgrc.com.

Seçilən
1
6
azertag.az

7Mənbələr