AZ

Nizami Cəfərov AMEA-nın prezidenti vəzifəsinə gətirilir? - Özü danışdı

Millət vəkilliyindən sonra Azərbaycanda Atatürk Mərkəzində və Bakı Dövlət Universitetindəki (BDU) işimlə məşğulam. Ona görə də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyinə gətiriləcəyimlə bağlı məlumatlar söz-söhbətdən ibarətdir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında sabiq deputat, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov deyib.

“Görünür, bəzi adamlar mənim halıma acıyırlar. Guya, öz aləmlərində mənə yaxınlıqlarını ifadə edirlər. AMEA-nın prezidenti akademik İsa Həbibəyli mənə böyük qardaş kimidir. Onun rəhbərliyinə, istedadına, gördüyü işlərə heç bir şübhə yoxdur. Ona görə də heç bir ağıllı adam gözünü İsa Həbibəylinin yerinə dikməz. Həm ağıllı adam olduğuma, həm də elə işlərlə aram olmadığına görə belə niyyətim yoxdur. Çünki bu, o qədər də asan bir iş deyil. Bu vəzifədə olanda həm gərək elmi yaradıcılıqla məşğul olasan, həm də çox ciddi və ağır təşkilatçılıq işi görəsən. Bu da hər adamın işi deyil”, - deyə akademik bildirib.

Nizammi Cəfərov söyləyib ki,AMEA-datanınmış ziyalılar, böyük mütəxəssislər işləyir. Hazırkı işinin çox yaxşı olduğunu deyən akdemik qeyd edib:

"Güman edirəm ki, Atatürk Mərkəzində hələ çox işlər görmək lazımdır. BDU-da kafedra müdiriyəm və orada da xeyli planlarım var, dərsliklər, proqramlar hazırlayırıq. Dilçilik elmində xeyli dəyişikliklər var, uzun müddətdir ki, onlar yığılıb qalıb, həll olunmalıdır”.

Akademik hazırda müasir dilçilik cərəyanları, tendensiyaları, tərcümələrlə məşğul olduğunu bildirərək vurğulayıb: “Eyni zamanda tərcümə işlərinə rəhbərlik edirəm. Dünya dilçilik klassiklərininəksəriyyəti olmasa da, ən lazımlılarını tərcümə etmək istəyirik. Həmçinin Ortaq Türk Əlifbasına keçidlə bağlı Atatürk Mərkəzində işlər görülür. Ortaq türk terminologiyası, ümumi ünsiyyət vasitəsi problemi kimi işlərlə məşğuluq. Ona görə də mənim başqa işlərlə məşğul olmağa imkanım da yoxdur”.

Qeyd edək ki, gələn ay Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçiriləcək. İddialara görə, yığıncaqda AMEA-nın rəhbərliyinin dəyişdirilməsi məsələsi gündəmə gələcək, Atatürk Mərkəzinin rəhbəri, sabiq deputat Nizami Cəfərov AMEA Prezidenti İsa Həbibbəylini əvəzləyəcək.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
2
4
teleqraf.com

5Mənbələr