AZ

Nizami Cəfərov AMEA-nın prezidenti vəzifəsinə gətirilir?

Millət vəkilliyindən sonra Azərbaycanda Atatürk Mərkəzində və Bakı Dövlət Universitetindəki (BDU) işimlə məşğulam. Ona görə də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyinə gətiriləcəyimlə bağlı məlumatlar söz-söhbətdən ibarətdir.

Bu sözləri Publika.az-a açıqlamasında sabiq deputat, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov deyib.

“Görünür, bəzi adamlar mənim halıma acıyırlar. Guya, öz aləmlərində mənə yaxınlıqlarını ifadə edirlər. AMEA-nın prezidenti, akademik İsa Həbibəyli mənə böyük qardaş kimidir. Onun rəhbərliyinə, istedadına, gördüyü işlərə heç bir şübhə yoxdur. Ona görə də heç bir ağıllı adam gözünü İsa Həbibəylinin yerinə dikməz. Həm ağıllı adam olduğuma, həm də elə işlərlə aram olmadığına görə belə niyyətim yoxdur. Çünki bu, o qədər də asan bir iş deyil. Bu vəzifədə olanda həm gərək elmi yaradıcılıqla məşğul olasan, həm də çox ciddi və ağır təşkilatçılıq işi görəsən. Bu da hər adamın işi deyil”, - deyə akademik bildirib.

AMEA-da tanınmış ziyalılar və böyük mütəxəssislərin işlədiyini qeyd edən Nizami Cəfərov qeyd edib: "Hazırkı işim çox yaxşıdır. Güman edirəm ki, Atatürk Mərkəzində hələ çox işlər görmək lazımdır. BDU-da kafedra müdiriyəm və orada da xeyli planlarım var, dərsliklər, proqramlar hazırlayırıq. Dilçilik elmində xeyli dəyişikliklər var, uzun müddətdir ki, onlar yığılıb qalıb, həll olunmalıdır”.

Seçilən
0
4
publika.az

5Mənbələr