AZ

İmran Xan 14 il həbs cəzasına məhkum edildi


Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xanı korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, siyasətçinin həyat yoldaşı Büşra Bibi də eyni ittihamla 7 il həbs cəzası alıb və “Adilə” həbsxanasında keçirilən məhkəmə zalında həbs edilib.
Hər iki məhkum ödənilmədiyi təqdirdə əlavə altı ay həbslə nəticələnə bilən böyük məbləğdə cəriməyə məhkum edilib.
İmran Xan və həyat yoldaşı 2018-ci ildə rüşvət kimi torpaq sahələri almaqda və “Al-Qadir Trust” xeyriyyə fondunu idarə edərkən qanunsuz gəlirləri leqallaşdırmaqda təqsirli biliniblər.
Seçilən
1
37
yeniavaz.com

10Mənbələr