AZ

Pakistanın keçmiş baş naziri azadlıqdan məhrum edilib

Pakistan məhkəməsinin hökmü ilə keçmiş baş nazir İmran Xan korrupsiya ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

"Yeni Azərbaycan" TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd edək ki, siyasətçinin həyat yoldaşı Büşra Bibi  də eyni ittihamla 7 il həbs cəzasına məhkum edilib və elə məhkəmə iclasında həbs olunub. Bundan əlavə, onların hər birinə böyük məbləğdə cərimə yazılıb. O da qeyd olunur ki, cərimənin ödənilməməsi əlavə olaraq altı ay həbslə nəticələnə bilər.

Havar Şəfiyeva

Seçilən
1
37
yeniazerbaycan.com

10Mənbələr