AZ

Azərbaycanda sənaye istehsalı ARTDI - RƏQƏMLƏR

2024-cü ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 64,1 milyard manat olub və bir il əvvəlki dövrlə müqayisədə 1,1 faiz artıb.

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye istehsalında artım daha çox qeyri neft-qaz sektorunun hesabına mümkün olub.

 

Belə ki, neft-qaz sektorunda məhsul istehsalı 0,5 faiz artdığı halda, qeyri neft-qaz sektorunda 7,3 faiz artıb. Sənaye məhsulunun 64,3 faizi mədənçıxarma sektorunda, 29,8 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

 

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 6,2 faiz artıb.

 

Vasif

Sfera.az

 

Seçilən
1
12
sfera.az

10Mənbələr