AZ

Azərbaycanda sənaye istehsalı artıb

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ildə 64,1 milyard manatlıq və ya 2023-cü illə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.Bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 0,5 faiz, qeyri neft-qaz sektorunda isə 7,3 faiz artıb.

Sənaye məhsulunun 64,3 faizi mədənçıxarma sektorunda, 29,8 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Seçilən
2
12
metbuat.az

10Mənbələr