AZ

Deputatın qardaşı borcunu 1,8 milyondan 60 minə qədər endirdi

Deputat Tahir Mirkişilinin qardaşının şirkəti vergiyə olan borcunu ödəyib qurtara bilmir.

Musavat.com xəbər verir ki, deputatın qardaşı Şahin Mirkişilinin qanuni təmsilçisi olduğu “Absheron City" Mənzil Tikinti Kooperativinin (MTK) vergiyə 61 min manat borcu var.

Şirkətin 2024-cü ilin əvvəlində vergiyə olan borcu 2 milyon manata yaxın idi. 2024-cü ili sonlarına yaxın bu borcu 600 minə qədər endirə bilən Şahin Mirkişili hazırda 61 manat vergi borcu ilə fəaliyyət göstərir.

Qeyd edək ki, MTK əsasən Sumqayıt və Xırdalan ərazilərində yaşayış komplekslərinin tikintisini həyata keçirir.

İlkin Muradov
Musavat.com

Seçilən
6
1
musavat.com

2Mənbələr