Deputat Tahir Mirkişilinin qardaşının şirkəti vergiyə olan borcunu ödəyib qurtara bilmir.
Deputatın qardaşı Şahin Mirkişilinin qanuni təmsilçisi olduğu “Absheron City" Mənzil Tikinti Kooperativinin (MTK) vergiyə 61 min manat borcu var.
Şirkətin 2024-cü ilin əvvəlində vergiyə olan borcu 2 milyon manata yaxın idi. 2024-cü ili sonlarına yaxın bu borcu 600 minə qədər endirə bilən Şahin Mirkişili hazırda 61 manat vergi borcu ilə fəaliyyət göstərir.
Qeyd edək ki, MTK əsasən Sumqayıt və Xırdalan ərazilərində yaşayış komplekslərinin tikintisini həyata keçirir.
Musavat.com
Tarix: 17 Yanvar 2025, 16:02