Bakı. Trend:
2023-cü ildən etibarən PAŞA Holding-in “Vətən əmanətlərinkeşiyindədir” təşəbbüsü çərçivəsində şəhid övladları holdinqintörəmə şirkəti olan PAŞA Sığorta tərəfindən sığortalanır. Sözügedənsığorta xidməti 2025-ci ilidə də davam edəcək.
Xatırladaq ki, PAŞA Holding tərəfindən 44 günlük VətənMüharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olanövladları üçün 3 istiqamətdə aparılan sosial dəstək proqramı artıqüçüncü ildir ki, davam etdirilir. 2024-cü ildən etibarən buproqrama antiterror əməliyyatları zamanı şəhid olan şəxslərinövladları da əlavə olunub. Layihə çərçivəsində sözügedən uşaqlarmüəyyən bayram günləri münasibətilə bayram paketləri, təhsil paketivə genişləndirilmiş sığorta paketi ilə təmin edilir.Genişləndirilmiş sığorta paketi digər xidmətlər ilə yanaşıstomatoloji, eləcə də xroniki xəstəliklərin müayinəsi vəmüalicəsini nəzərdə tutur.
Proqram çərçivəsində iki il ərzində PAŞA Sığorta tərəfindən1000dən çox müraciət üzrə xidmət göstərilib. Bunlar arasındaambulator, statsionar, təcili yardım, stomatoloji, pediatriya,nevrologiya, oftalmologiya istiqamətləri üzrə xidmətlər yeralıb.
“Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində təqdimolunan tibbi sığortadan yararlanmaq üçün *7000 Sığorta MəsləhətləriXəttinə müraciət etmək lazımdır.