AZ

® “PAŞA Holdinq” şəhid övladlarını 2025-ci ildə də sığortalayır

2023-cü ildən etibarən “PAŞA Holdinq”in “Vətən əmanətlərin keşiyindədir” təşəbbüsü çərçivəsində şəhid övladları holdinqin törəmə şirkəti olan “PAŞA Sığorta” tərəfindən sığortalanır.

Sözügedən sığorta xidməti 2025-ci ilidə də davam edəcək.

Xatırladaq ki, “PAŞA Holdinq” tərəfindən 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladları üçün 3 istiqamətdə aparılan sosial dəstək proqramı artıq üçüncü ildir davam etdirilir. 2024-cü ildən etibarən bu proqrama antiterror tədbirləri zamanı şəhid olan şəxslərin övladları da əlavə edilib. Layihə çərçivəsində həmin uşaqlar müəyyən bayram günləri münasibətilə bayram paketləri, təhsil paketi və genişləndirilmiş sığorta paketi ilə təmin edilirlər. Genişləndirilmiş sığorta paketi digər xidmətlərlə yanaşı, stomatoloji, eləcə də xroniki xəstəliklərin müayinəsi və müalicəsini nəzərdə tutur.

Proqram çərçivəsində iki il ərzində “PAŞA Sığorta” tərəfindən mindən çox müraciət üzrə xidmət göstərilib. Bunların arasında ambulator, statsionar, təcili yardım, stomatoloji, pediatriya, nevrologiya, oftalmologiya istiqamətləri üzrə xidmətlər yer alıb.

“Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində təqdim olunan tibbi sığortadan yararlanmaq üçün *7000 Sığorta Məsləhətləri Xəttinə müraciət etmək lazımdır.

Seçilən
1
3
azertag.az

4Mənbələr