Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Quba Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Quba, Qusar və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Viral.az xəbər verir ki, qəbuldan öncə sədr Zaur Mikayılov və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Daha sonra Agentliyin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Son Yazılar:
- Zaur Mikayılov Qubada vətəndaşlarla görüşdü
- Nikahların və boşanmaların sayı AÇIQLANDI
- Əməkdar artist gecə vaxtı Çimnazın məzarını ziyarət etdi
Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, yeni subartezian quyularının qazılması, içməli su təchizatı, kanalizasiya şəbəkələrinin yenidən qurulması, selə qarşı mübarizə tədbirlərinin artırılması çərçivəsində çay məcralarının tənzimlənməsi və daş-beton bəndlərin qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.