AZ

Bloomberg: “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək”

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Bloomberg” agentliyi Donald Trampın bu sahənin inkişafı üçün hökumət siyasətini formalaşdıracaq kriptovalyuta üzrə Məsləhət Şurası yaratmağı planlaşdırdığını yazır.

“Hazırkı mərhələdə bütün dövlət qurumları üçün rəqəmsal aktivlərlə bağlı siyasətləri nəzərdən keçirmək direktivinin fərmana daxil edilməsi müzakirə olunur. Bundan əlavə, gələcəkdə kriptovalyuta ilə bağlı məhkəmə mübahisələri, məsələn, “Binance” kriptovalyuta birjasına qarşı iddia dayandırıla bilər. Həmçinin, milli kriptovalyuta ehtiyatının formalaşdırılması imkanları nəzərdən keçirilir”,- mənbələrin nəşrə ötürdüyü məlumatda bildirilir.

Tramp ənənəni pozaraq xarici liderləri inauqurasiyasına dəvət edib
Bundan əvvəl Donald Tramp Amerika administrasiyasının süni intellekt və kriptovalyutalar sahəsində siyasətinə cavabdeh olan yeni vəzifəyə sahibkar və investor Devid Saksın namizədliyini irəli sürüb. Tramp ölkə tarixində ilk dəfə olaraq süni intellekt (Sİ) və kriptovalyutalar sahəsində Vaşinqton siyasətinin kuratoru vəzifəsini təsis edib. O, vurğulayıb ki, Vaşinqton kriptovalyutaya ciddi diqqət yetirməlidir, əks halda digər ölkələr, ilk növbədə Çin bu bazara hakim olacaq.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
25
10
azvision.az

10Mənbələr