ABŞ Prezidenti Donald Tramp seçkiqabağı vədini yerinə yetirərək kriptovalyutalar üzrə işçi bölmənin yaradılması haqqında fərman imzalayıb.
“Cebheinfo.az” xəbər verir ki, bundan sonra Bitkoinin qiyməti qalxmağa başlayıb.
Kriptovalyutanın öyrənilməsi şurasının rəqəmsal aktivlər siyasəti üzrə məsləhət verməsi, kriptovalyuta qanunvericiliyi ilə bağlı Konqreslə işləməsi, Trampın vəd etdiyi Bitkoin ehtiyatının yaradılmasına kömək etməsi və Qiymətli Kağızlar və Birja Komissiyası, Əmtəə Fyuçers Ticarət Komissiyası və Xəzinədarlıq daxil olmaqla agentliklər arasında koordinasiya etməsi gözlənilir.
Yanvarın 24-ü cümə günü səhər saatlarına olan məlumata görə, aparıcı kriptovalyuta “BTC”-nin bazar qiyməti 2,35 faiz artaraq 104 424 dollardan yuxarı olub. Məhz Bitkoinin blockchain məntiqindən yola çıxaraq yaradılan Ethereum qiyməti isə 3 322 dollardır.