Bakı. Trend:
ABŞ Ali Məhkəməsi Çinin "ByteDance" şirkətinə məxsus "TikTok"sosial şəbəkəsinin amerikalı sahibkarlara satılmaması halındatətbiqin ölkə ərazisində qadağan olunmasına qərar verib.
Trend xəbər verirki, bu barədə CNBC məlumat yayıb. Qərara görə, satış yanvarın19-dək yerinə yetirilməzsə, həmin gündən etibarən proqram ABŞ-dafəaliyyətini dayandıracaq. "TikTok"un yayıldığı əsas platformalar,məsələn, "Apple"ın "Appstore" və "Google"un "Play Market"xidmətləri onu silmək məcburiyyətində qalacaqlar, əks halda onlarda cəzalandırılacaqlar.
ABŞ rəsmiləri bildirir ki, "TikTok" istifadəçiləri haqqındaməlumatların toplanması ölkə üçün milli təhlükəsizlik riskidir.Şirkət isə Pekin tələb etsə belə, bu məlumatları Çin hökumətinəverməyəcəyinə söz verib.