AZ

Məhbus mübadiləsi razılaşmasının birinci mərhələsində azad ediləcək 33 israilli məhbusun siyahısı açıqlanıb

Məhbus mübadiləsi razılaşmasının birinci mərhələsində azad ediləcək 33 israilli məhbusun siyahısı açıqlanıb

İsrail və HƏMAS-ın razılaşdığı Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsində azad ediləcək israilli məhbusların siyahısı açıqlanıb.Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsində azad ediləcək 33 israilli məhbusun adı İsrail mətbuatında açıqlanıb.“The Jerusalem Post” qəzeti yazıb ki, son bir neçə saatdır ki, israilli əsirlərin bazar günü, yanvarın 19-da azad edilməsi üçün səylər davam edir.İsrail Baş Nazirlikdən verilən açıqlamada razılaşmanın imzalanması və hökumət tərəfindən təsdiqlənməsi ilə bağlı gecikmələrə baxmayaraq, məhbusların 19 Yanvar bazar günü planlaşdırıldığı kimi sərbəst buraxılacağı gözlənilir.Bəyanatda deyilir ki, atəşkəs razılaşması həm təhlükəsizlik kabineti, həm də hökumət tərəfindən təsdiqləndikdən və qüvvəyə mindikdən sonra məhbusların azad edilməsi prosesi planlaşdırılan layihəyə uyğun həyata keçirilə bilər.Razılaşmaya əsasən, bu bazar günü üç israilli qadın əsir azad ediləcək və 42 gün davam edəcək razılaşmanın birinci mərhələsində azad ediləcək əsirlər qadınlar, qocalar və xəstələrdən ibarət olacaq.Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) İsrail və Həmas arasında məhbus mübadiləsi prosesini həyata keçirəcək, BQXK qrupları Qəzzada saxlanılan məhbusları İsrail ordusuna təhvil verəcək.İsrail ordusuna təhvil verilən məhbusların ailələrinə məlumat verildikdən sonra İsrail Baş Nazirliyi tərəfindən azad edilən məhbuslarla bağlı ictimaiyyətə məlumat veriləcək.

Seçilən
0
2
afn.az

3Mənbələr