AZ

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - İki qurum birgə məlumat yaydı

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb.

Mia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb.

Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır: "Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar. Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək".

Seçilən
1
24
mia.az

10Mənbələr