AZ

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - RƏSMİ

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb.

Aznews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb.

Qeyd olunub ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

Məlumata görə, həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.

Seçilən
1
43
aznews.az

10Mənbələr