AZ

Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan formatını reallaşdırmaq məqsədilə görüş olacaq

10 gün sonra Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan formatını reallaşdırmaq məqsədilə XİN başçılarının görüşü olacaq. 

Missiya.Az "Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib. 

O qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri liderlərimizin vizyonu ilə tarixi Şuşa bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlib: “Bu münasibətləri daha da inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur. Biz sıx təmasdayıq. Nə qədər sıx görüşməyimizdən asılı olmayaraq yeni mövzular daim yaranır”.

Seçilən
8
50
missiya.az

10Mənbələr