AZ

Sabah Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan arasında üçtərəfli görüş keçiriləcək

Bakı. Trend:

Sabah Türkiyənin paytaxtı Ankara şəhərindəTürkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyatnazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Trend xəbərverir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd edilib ki, görüşdə Türkiyə nümayəndə heyətinə xarici işlərnaziri Hakan Fidan, ticarət naziri Ömər Bolat və nəqliyyat vəinfrastruktur naziri Abdulkadir Uraloğlu, Azərbaycan nümayəndəheyətinə xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziriMikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyev, Özbəkistanın nümayəndə heyətinə xarici işlər naziriBəxtiyar Saidov, investisiya, sənaye və ticarət naziri LazizKudratov və nəqliyyat naziri İlham Mahkamov daxildir.

İclasın gündəliyinə xarici siyasət məsələləri və regionaləməkdaşlıq, ticarət, iqtisadiyyat və investisiya sahələrindəəməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafıvə nəqliyyat, kommunikasiya sektorlarında əməkdaşlığıngücləndirilməsi daxildir.

Üçtərəfli görüşün sonunda Ankara Bəyannaməsinin imzalanacağı vəBəyannaməyə əlavə edilən Fəaliyyət Planının üç ölkənin gələcəkdəizləyəcəyi konkret yol xəritəsini müəyyən edəcəyi gözlənilir.

Qeyd edək ki, bu formatda görüşlərdən birincisi 2022-ci ilavqustun 2-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilib.

Seçilən
11
50
az.trend.az

10Mənbələr