"Turan Tovuz" növbəti transferini rəsmiləşdirib.
Klubdan İdman.biz-ə verilən məlumata görə, komanda braziliyalı Kauan Martins De Paula ilə danışıqları müsbət yekunlaşdırıb.
Braziliyalı müdafiəçi ilə 6 ay + 1 illik müqavilə bağlanılıb. Son olaraq Şimali Makedoniyanın "Brera Strumitsa" klubunda forma geyinən 24 yaşlı futbolçu vətənində "Pirasikaba", "Mariliya" və "Qremio", Estoniyada isə "Narva-Trans"ın şərəfini qoruyub.
İdman.biz