Bakı, 18 yanvar, AZƏRTAC
"Turan Tovuz" komandası Kauan Martins De Paulanı transfer edib.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, braziliyalı müdafiəçi ilə 6 ay + 1 illik müqavilə bağlanılıb.
Son olaraq Şimali Makedoniya təmsilçisi "Brera Strumitsa"da forma geyinən 24 yaşlı futbolçu vətənində "Pirasikaba", "Mariliya" və "Qremio", Estoniyada isə "Narva-Trans"ın şərəfini qoruyub.