AZ

Bu qış müqaviləsi pozulan oyunçuların sayı 9-a çatdı

I Liqada mövsümün ikinci yarısına yanvarın sonunda start veriləcək.

Qış fasiləsinə kimi 8 xal toplamış «Difai» islahatları artıq başa vurub.

«Fədailər» son olaraq 3 futbolçu ilə yolları ayırıb. Müdafiəçi Əzəmət Ələkbərli, yarımmüdafiəçi Tolqar İbrahimov və hücumçu Əli Mürsəlovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Ötən ilin sentyabrında komandanın sıralarına qoşulmuş Bəşir Ayralov isə bir neçə gün qabaq düşərgədən göndərilib. Geridə qalan 4 ayda iki qırmızı vərəqə almış cinah müdafiəçisi ilə kontrakt pozulub.

2023-cü ilin noyabrından komandanın formasını geyinən müdafiəçi Kamil Hüseynov və hücumçu İlham Allahverdiyev buranı tərk edib.

O cümlədən, keçən ilin yayında kollektivə cəlb olunmuş yarımmüdafiəçi Sənan Ağayev buradan göndərilib.

Klubun daxili nizam-intizam kodeksinə uyğun olaraq, noyabrda Maksimilian Şilder və Nicad İsmayılovla müqaviləyə xitam verilib.

Baş məşqçi Xaqani Məmmədovin rəhbərliyə təqdim etdiyi raporta əsasən, qapıçı və yarımmüdafiəçi ilə kontraktlar qarşılıqlı razılaşma əsasında qüvvədən düşüb.

SPORTİNFO.AZ

Seçilən
17
50
sportinfo.az

10Mənbələr