1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
14 yaşlı Sabir Mustafayevin sizin yardımınıza ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Leyla Mustafayeva məlumat verib.
O bildirib ki, oğlu Sabir 2022-ci ilin dekabr ayında sobanı yandırmaq istəyərkən özü yanıb:
"Sabirin artıq 14 yaşı var. Evdə sobaya neft töküb yandırmaq istəyərkən özü yanıb.
Bədənində üzü və bir qolu çıxmaqla, demək olar ki, hər yeri yanıb. Hadisə baş verən gün Lənkəranda xəstəxanaların birinə yerləşdirsək də, vəziyyəti ağırlaşdığı üçün onu Bakıya aparmağa məcbur olduq. Sabir bir neçə dəfə fərqli nahiyələrindən dəriköçürmə əməliyyatı keçirib. Daha sonra evimizə, Lənkərana qayıtdıq".
Leyla Mustafayeva qeyd edib ki, üç övladına özü tək baxır:
"Yoldaşım iki il əvvəl həbs edilmişdi. Həbs edilməzdən əvvəl evdə olan bütün əşyaları satmışdı. Bir il öncə də həbsdə vəfat etdi. Övladımı müalicə etdirmək üçün satmağa da heç nəyim qalmayıb. Mən özüm təndirdə işləyirəm, arada evlərə təmizliyə də gedirəm. Yaşlı anam var idi, o da vəfat etdi. Sabirin dərmanlarını son aylarda heç ala bilməmişik. Aylardır evə odun ala bilmirəm deyə, uşaqlar soyuqdan dayanmadan xəstələnirlər . İllərdir balalarımı birqarnı ac, bir qarnı tox böyüdürəm. Yardımsevər şəxslərdən bizə dəstək olmaların xahiş edirəm"
Ailə ilə əlaqə: (077) 316-71-93.
Yardım üçün kart hesabı: 4244 4848 4726 0308.