Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Ukraynanın hərbi neytrallığı ilə bağlı razılığa gələ bilərlər.
Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaşpar danışıb.
O bildirib ki, əgər belə olarsa, Slovakiya bu qərarı dəstəkləyəcək.
Qeyd edək ki, yanvarın 20-dən başlayaraq Tramp andiçmə mərasimindən sonra ABŞ prezidentinin vəzifələrinin icrasına başlayacaq.
Telegram kanalımız