AZ

AHİK-lə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

Bakı. Trend:

İsveçrənin Cenevrə şəhərində səfərdə olan Azərbaycan Həmkarlarİttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədovunrəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatında(BƏT) bir sıra görüşlər keçirib.

AHİK-dən Trend-ə bildiriblər ki, BƏT-in Avropa və Mərkəzi Asiyaüzrə regional direktoru xanım Beate Andrees, İşçilərin fəaliyyətibürosunun (BƏT-ACTRAV) direktoru xanım Maria Helena Andre, eləcə dəqurumun digər rəhbər şəxsləri ilə görüşlərdə iki qurum arasındaəlaqələrdən, həyata keçirilən birgə layihələr və tədbirlərdəndanışılıb, 2025-2026-cı illər üzrə əməkdaşlıq istiqamətləri barədəfikir mübadiləsi aparılıb.

Görüşlərdə Konfederasiya sədri Azərbaycan vətəndaşının əməkhüquqlarının qorunmasının dövlət siyasətinin prioritetlərindənolduğunu vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadihüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə vəistirahətinin təşkili üçün görülən işlər və göstərilən xidmətlər,tətbiq olunan yeniliklər barədə məlumat verib. Müstəqilliyinin ilkillərindən Azərbaycanın BƏT-ə üzvlüyünü, təşkilatın işçi hüquqlarıilə bağlı 59 konvensiyasının ölkəmizdə ratifikasiya olunduğunu qeydedən S.Məmmədov hazırda “Sosial təminat (minimum standartlar)”Konvensiyasının ratifikasiyasına hazırlıq işlərinin görüldüyünüdiqqətə çatdırıb. Bildirilib ki, AHİK və üzv təşkilatları əməkşəraitinin davamlı olaraq yaxşılaşdırılması və işçilərin sosialmüdafiəsinin gücləndirilməsi məqsədilə BƏT ilə sıx əməkdaşlıq edir,AHİK nümayəndələri təşkilatın sessiyalarında, aparılanmüzakirələrdə fəal iştirak edirlər. BƏT-in dəstəyi ilə Bakıda vəölkəmizin regionlarında hər iki qurumun ekspert və nümayəndələrininiştirakı ilə 40-dan çox seminar, konfrans və dəyirmi masakeçirilib.

Görüşlərdə, həmçinin AHİK tərəfindən “BMT-nin Dayanıqlı İnkişafMəqsədləri 2015-2030-cu illər Gündəliyi - Həmkarlar ittifaqlarınındavamlı inkişafını təşviq etmək üçün inkişaf strategiyası”nın qəbulolunduğu, eləcə də Konfederasiyanın BƏT tərəfindən Dayanıqlıİnkişaf Məqsədləri üzrə seçilmiş iki prioritet həmkarlarittifaqından biri olduğu vurğulanıb.

Bununla yanaşı, BƏT-in dəstəyi ilə işçilərin sosial-iqtisadihüquqlarının müdafiəsi və sosial problemlərinin həlli ilə bağlı10-dan çox maarifləndirici vəsait, həmçinin “2030-cu ilədəkDayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycandagörülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsidövrünə dair hesabat” nəşr olunub.

BƏT-də keçirilən görüşlərdə yaşıl iqtisadiyyata keçid, buprosesdə ədalət prinsipinin qorunmasının əhəmiyyətindən və busahədə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələrdən də bəhsolunub, ötən ilin noyabrında Azərbaycanda keçirilən COP29-da qəbuledilən qərarların həmkarlar ittifaqları üçün əhəmiyyətivurğulanıb.

AHİK nümayəndə heyəti həmçinin BƏT-lə imzalanması nəzərdətutulan “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə ÖlkəProqramı”nın təsdiq edilməsinin sürətləndirilməsini xahiş edib.

BƏT nümayəndələri qurumun konvensiya və tövsiyələrinə Azərbaycanhəmkarlar ittifaqlarının önəm verdiyini, tərəfdaşlığın daha dagenişlənəcəyinə əminliklərini vurğulayıblar.

Tərəflər 2025-2026-cı illər üçün əməkdaşlığa, o cümlədən əməyintəhlükəsizliyi, sosial dialoq, əmək prosesində qadınların vəgənclərin hüquqlarının artırılması və “yaşıl” iş yerlərininyaradılmasının təşviqi barədə müzakirələr aparıb, səslənəntəkliflər barədə fikirlərini bildiriblər.

Seçilən
8
18
az.trend.az

10Mənbələr