AZ

İsraildə atəşkəs razılaşmasına görə istefa verən nazirlərin sayı 3-ə çatdı

Xəbər verdiyimiz kimi, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir “HƏMAS” ilə əldə olunan atəşkəs razılaşmasına etiraz olaraq istefa verib. Artıq istefa verən nazirlərin sayı 3-ə çatıb.

Bu barədə “The Times of Israel” yazıb. 

Mənbə qeyd edir ki, həmin nazirlər bunlardır:

İrs naziri Negev Qaliley və milli davamlılıq naziri Yitzhak Vasserlauf.

Qeyd edək ki, yanvarın 19-u səhər saatlarında İsrail hakimiyyəti saat 11:15-dən (Bakı vaxtı ilə 13:15) atəşkəs rejiminin tətbiq olunduğunu elan edib.

Seçilən
0
7
news365.az

10Mənbələr