AZ

İsrailin milli təhlükəsizlik naziri istefa verdi » AzadMedia.az


İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir öz vəzifəsindən istefa verib.

Bu barədə “Kan” radiostansiyası məlumat yayıb.

Məlumata görə, onun rəhbərlik etdiyi Yəhudi Gücü Partiyası Qəzzada girovların azad edilməsi və atəşkəs razılaşmasına etiraz olaraq Benyamin Netanyahunun hökumət koalisiyasını tərk edib.

Qeyd edək ki, Ben-Qvir İsrail hökumətinin girovların azad edilməsi və Qəzza zolağında atəşkəsin əldə edilməsi ilə bağlı razılaşmanı təsdiqləyəcəyi təqdirdə istefa verəcəyini demişdi.
Seçilən
0
6
azadmedia.az

10Mənbələr