AZ

Azər Bağırov: "Anlaşmazlığa görə Tovuz azarkeşlərindən üzr istəyirəm"

"Xırda anlaşmazlığa görə Tovuz azarkeşlərindən üzr istəyirəm. Çətin oyun oldu".

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Turan Tovuz"la matçdan sonra qarşılaşmanı şərh edəkən deyib.

Mütəxəssis bildirib ki, rəqib müdafiəçilərin olmaması onların üstünlüyünə yol açıb: "Bir də belə fürsət əlimizə düşməyə bilərdi. Uşaqları matça yaxşı kökləmişdik. Son dəqiqəyə qədər mübarizə apardıq, komanda istədiklərimizi həyata keçirdi.

Baş məşqçi vurğulayıb ki, qələbə futbolçularınv uğurudur: "Nə qədər sponsor və məşqçi gəlsə, meydanda tapşırıqları icra edənlər futbolçulardır. Əsl uğur onlarındır. İstədiyimiz futbolçular var. Qışda kiminsə adını yüz faiz çəkmək mümkün deyil. Maltalı futbolçu ilə bağlı xəbərlər var idi. Onun yolunu gözləyirik. Elə şeylər var ki, açıqlayanda alınmamaq ehtimalı olur".

Azər Bağırov "Səbail"lə keçirəcəkləri matça da münasibət bildirib: "Onu zaman göstərəcək. Son matçlarda komanda yaxşı, mübariz oyun göstərir. Futbolçular nə istədiyimizi artıq bilirlər. Mübarizə aparmaq və səhvləri minimuma endirmək lazımdır. Artıq nəsə etmirik. Biz öz oyunumuza baxırıq. O barədə heç nə danışmamışdıq. Sədəcə olaraq, komandanı oyundan-oyuna hazırlamağa çalışırıq.".

O, Turan Manafovun hazırkı durumunu da dəyərləndirib: "Pis oynadı və ya yaxşı oynadı deyə bilmərəm. Qollarımızı vurdu. Turan çox çalışmalıdır, potensiallı oyunçudur. Daha inamlı, daha iradəli olmalıdır. Azərbaycanda sol ayaqlı ən yaxşı futbolçulardan biridir. Sadəcə, daha çox işləməlidir".

Qeyd edək ki, Misli Premyer Liqasının XIX turunda Tovuz şəhər stadionunda keçirilən oyundə "Kəpəz" meydan sahibinə 5:2 hesabı ilə qalib gəlib.

İdman.biz

Seçilən
7
32
idman.biz

10Mənbələr