AZ

Türkiyənin Hələbdəki Baş Konsulluğu yenidən fəaliyyətə başlayıb

Bakı, TurkicWorld

Suriyanın ikinci böyük şəhəri Hələbdə yerləşən Türkiyənin Baş Konsulluğu 13 ildən sonra fəaliyyətini bərpa edərək, binanın önündə Türkiyə bayrağı yenidən dalğalanıb.

TurkicWorld xəbər verir ki, viza və pasport prosedurları bundan sonra Hələb Baş Konsulluğunda həyata keçiriləcək.

Suriyada Əsəd rejiminin devrilməsindən sonra, dekabrın 12-də Burhan Köroğlu Dəməşqdə müvəqqəti işlər vəkili təyin edilib, dekabrın 14-də isə Türkiyənin Dəməşqdəki səfirliyi yenidən fəaliyyətə başlayıb.

Hələb Baş Konsulluğunun yenidən açılması münasibətilə keçirilən mərasimdə iştirak edən Burhan Köroğlu, Türkiyə ilə Suriya arasında əlaqələrin yenidən qurulmasından məmnunluq duyduğunu ifadə edib

Xarici İşlər Nazirliyinin nümayəndələri kimi iki ölkə arasında ticarət, hərbi, mədəni və siyasi əlaqələrin inkişafına töhfə verəcəklərini vurğulayan Köroğlu ,
“İnşallah, qarşıdakı dövrdə Suriya ilə Türkiyə arasındakı əlaqələr daha da möhkəmlənəcək. Min illik qardaşlıq münasibətlərimiz yeni mərhələyə qədəm qoyacaq. Türkiyə olaraq Suriyanın yenidən dünyaya açılmasını və Suriya xalqının layiq olduğu rifahı, sülhü və sabitliyi bərpa etməsini dəstəkləyəcəyik. Bu proses həm də Türkiyənin ərəb dünyası ilə daha sağlam əlaqələr qurmasına imkan yaradacaq. Hər iki tərəf üçün səmərəli və faydalı bir dövrün başlanğıcındayıq.” - deyə bildirib.

​ Qeyd edək ki, Baş Konsulluq 2012-ci ilin iyulunda Suriyadakı vətəndaş müharibəsi səbəbindən fəaliyyətini dayandırmışdı.

Seçilən
5
17
turkic.world

10Mənbələr