AZ

"Mançester Yunayted" əlcəzairli futbolçu ilə maraqlanır

"Mançester Yunayted" transfer çalışmalarını davam etdirir.

Apasport.az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Vulverhempton"un müdafiəçisi Rayan Ait-Nurini transfer etməyi planlaşdırır.

Hazırda tərəflər arasında danışıqlar gedir.

Əlcəzair millisinin üzvünün özü də "Mançester Yunayted" forması geyinməkdə maraqlıdır.

Mançester klubunun baş məşqçisi Ruben Amorim qışda müdafiə xəttini məhz əlcəzairli ilə gücləndirilməsinin vacibliyini rəhbərliyə bildirib.

23 yaşlı müdafiəçinin klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, bu mövsüm 22 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Ançelotti "Real"da baş məşqçi kimi 150-ci qələbəsini qazanıb

Mahir oynadı, komandası qələbə qazandı

Perez daha 4 il “Real”da

Joze Mourinyo: “Qalatasaray” qazana bilməyəcəyi xallar qazandı”

“Cimbom”dan İlkay həmləsi

Seçilən
17
24
apasport.az

10Mənbələr