“Mançester Yunayted” yanvarda transfer pəncərəsi bağlanana qədər Markus Raşfordu satacağına ümid edir.
Publika.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Hazırda 27 yaşlı hücumçu üçün yalnız bir konkret təklifi var. Mənbənin sözlərinə görə, “Yuventus” Reşfordu transfer etməkdə maraqlıdır. Turin klubu futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək variantını nəzərdən keçirir.
Buna qədər isə “Borussiya Dortmund” və “Milan” Reşfordla ciddi maraqlanırdılar. Llakin sonda hər iki klub “Mançester Yunayted”in forvardı ilə müqavilə imzalamaqdan imtina ediblər.