"Osasuna"da icarə əsasında çıxış edən "Bavariya"nın vingeri Brayan Saraqosa "Mançester Yunayted"də çıxış edə bilər.
90deqiqe.Az "Fichajes"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 23 yaşlı vingerin xidmətində maraqlıdır. İngiltərə klubu artıq futbolçunun transferi üçün agenti və klubu ilə danışıqlara başlayıb.
23 yaşlı vinger “Osasuna”nın tərkibində İspaniya çempionatının 15 matçında iştirak edib, bu oyunda bir qol vurub və beş məhsuldar ötürmə müəllifi olub. Saraqosanın "Bavariya" ilə müqaviləsi 2029-cu ilə qədərdir. Transfermarkt portalı futbolçunun dəyərini 12 milyon avro qiymətləndirir.