Xalqımızın azadlığı uğrunda həlak olan 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini yad etmək üçün Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələrininin iştirakı ilə 20 Yanvar şəhidləri üçün ucaldılan abidə ziyarət olunub, önünə tər qərənfillər düzülüb, şəhidlərinin xatirəsi ehtiramla yad edilib və ruhlarına dualar oxunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi, Yanvar hadisələri zamanı şəhid olan hərbi qulluqçuların və şəhid olan mülki vətəndaşların məzarlarını ziyarət olunub, gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.
Şəhid ailələri ilə görüşən RİH-in başçısı onların qayğıları, çətinlikləri ilə maraqlanıb və müvafiq tapşırıqlar verilib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək şəhid ailələri adından Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını, təşəkkürlərini bildiriblər.
Dəyirmi masa ətrafındakı görüşdən öncə 20 Yanvar hadisələrini özündə əks etdirin Neftçala rayon Dövlət Rəsm Qaleriyasının rəsm əsərlərinə baxış keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların və 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki, 20 Yanvar faciəsindən dərhal sonra 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib: “Azərbaycanda baş verən hadisələri həm hüquqa, demokratiyaya zidd, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”. 1990-cı il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş verən bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gələn bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmayıb. Bunu da edən Sovet ordusu olub və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq Bakıya gəlib və bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”.
Çıxış edən tarixçi-araşdırmaçı Firdovsi Tağıyev, 20 Yanvar şəhidi Nurəddin Ağahüseynovun həyat yoldaşı Şirmayi Ağahüseynova, “Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftaliyeva, 20 Yanvar hadisələrinin iştirakçısı, ehtiyatda olan hərbiçi Mustafa Əliyev 1990-cı ildə törədilən 20 Yanvar hadisələri haqqında yaşadıqları hadisələrindən danışıblar və həmin dövrdə ölkəmizdə hakimiyyət uğrunda gedən mübarizələri xatırlayıblar. Sovet Ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər şəhidlik zirvəsinə ucalıb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Xalqın təkidilə Azərbaycana gələn Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli addımları nəticəsində ölkədə qardaş qırğınının qarşısının alınması haqqında görüş iştrakçılarını məlumatlandırıblar.
Dəyirmi masada "20 Yanvar" faciəsinə həsr olunan "20 Yanvarda doğulanlar" filmi nümayiş etdirilib və saat 12:00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.