AZ

Qubada şəhidlərin xatirəsi anılıb

20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar Quba rayonunda şəhidlərin xatirəsi anılıb.
20 yanvar 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Məmmədli, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, ictimai təşkilatların, idarə və müəssisələrin rəhbərləri, din xadimləri tərəfindən 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar Quba rayon Şəhidlər Xiyabanı ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunmuş, məzarlarına gül dəstələri qoyulmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri və 20 Yanvar əlilləri ilə səmimi söhbəti zamanı onlar göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Rayon ərazisində saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra Rayon İcra Hakimiyyətinin başçısı və Milli Məclisinin deputatı aidiyyəti şəxslərlə birlikdə Şəhidlər Xiyabanında yerləşən Şəhidlər Muzeyi ilə tanış olmuş, Quba şəhər qəbirstanlığında dəfn olunmuş 20 Yanvar şəhidi Raqib Hüseynovun və digər şəhidlərin məzarlarını ziyarət etmişdir. Eyni zamanda, Küçeyi kənd qəbirstanlığında 20 Yanvar şəhidi Elçin Qeybullayevin məzarı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, kənd ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət etmiş, məzarı önünə gül dəstələri qoyulmuşdur.
Şəhidlər Xiyabanının ziyarəti gün ərzində davam etmiş, ziyarətdə Quba Rayon İcra Hakimiyyətinin, YAP Quba rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri və əməkdaşları, çoxsaylı ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Seçilən
3
18
xalq.az

10Mənbələr