AZ

Latviya Seyminin deputatı: 1990-cı ildə Bakıda törədilmiş qırğın SSRİ-nin dağılması üçün mühüm katalizator oldu

1990-cı ilin yanvarında Bakıda törədilmiş qırğın SSRİ-nin dağılması üçün mühüm katalizator oldu.

Bunu "Report"un Şərqi Avropa bürosuna Latviya Seyminin deputatı Roman Naudinş bildirib.

Onun sözlərinə görə, buna Sovet hökumətinin ittifaqa üzv ölkənin xalqına qarşı qeyri-insani rəftarı səbəb oldu:

"Bakıdakı 20 Yanvar qırğını Sovet hökumətinin dinc əhalinin, o cümlədən qadın və uşaqların həyatına qəsd etməsinin ən bariz nümunəsi, Kremlin öz vətəndaşlarına münasibətinin tarixi sübutudur. Azərbaycan bu hadisələrə öz ədalətli qiymətini verdi və beynəlxalq ictimaiyyət də eyni qiyməti verməlidir. Azərbaycanlılar həmin dövrdə də, ondan sonra da suverenlik uğrunda əsl mübarizlik nümunəsi göstərdilər".

"Sovet hökuməti isə növbəti dəfə əlini azərbaycanlıların qanına batırdı. Ona görə qara Yanvar cinayətlərini susdurmaq olmaz", - deputat əlavə edib.

Seçilən
2
1
report.az

10Mənbələr