Amerikanın Braun və Viskonsin-Madison universitetlərinin tədqiqatçıları Qərbi Antarktidanın Rift Sistemində gizli vulkanları tədqiq edərkən qorxulu nəticələrə gəliblər...
Poliqon xəbər verir ki, alimlər öz fikirlərini agupubs.onlinelibrary.wiley.com resursunda dərc ediblər.
“Vəziyyət belədir: qalınlığı 1-2 km-ə çatan nəhəng buz təbəqəsinin altında aktiv vulkanik çat var”, deyə alimlər bildiriblər.
“Planet Today” xəbər verir ki, qlobal istiləşmə buz təbəqəsinin aktiv əriməsinə səbəb olarsa, o zaman yer qabığında gərginlik və təzyiqdə, eləcə də orada yerləşən maqma kameralarının strukturunda əhəmiyyətli dəyişikliklər baş verəcək. Bu proseslər domino effekti kimi buzların əriməsini daha da sürətləndirəcək və iqlim böhranının bütün qlobal təsirini pisləşdirəcək vulkanik reaksiyaya səbəb ola bilər.
Alimlər planetdəki buzlaqların sürətlə əriməsindən narahatdırlar. Beləliklə, Qrenlandiyada buzlar hər il təxminən 270 milyard ton azalır və Antarktida hər il təxminən 150 milyard ton buz itirir.
Bəs gələcək dəniz səviyyələri ilə bağlı proqnozlar hansılardır?
Alimlərin bu barədə proqnozları qeyri-müəyyəndir və qismən Qərbi Antarktida buz örtüyünün sabitliyindən asılıdır. Əsas təhlekə mənbəyi isə Transantarktida dağlarının qərbində yerləşən buzluq ərazilərdir. Bu ərazi digərlərinə nisbətən əriməyə daha həssasdır, çünki bu ərazidə buzların altında aktiv vulkanlar var.
Tədqiqatçılar bildiriblər ki, keçmiş dövrlərdə buzlaqların əriməsi zamanı vulkanik aktivlik də artıb. Ekspertlər hesab edirlər ki, indi də oxşar proseslər başlayıb.
Tədqiqatın müəllifləri etiraf edirlər ki, buzaltı vulkan püskürmələri yerüstü vulkan püskürmələri ilə müqayisədə səthə daha az təsir göstərir. Amma onlar da aşağıdan buzu yavaş-yavaş məhv edir və zəiflədir, yenidən əriməsini sürətləndirirlər. Bu, nəzarət etmək çətin olan qapalı geribildirim dövrəsi yaradır.
Poliqon.info