AZ

Sabunçudakı restoranda saxta alkoqollu içkilər aşkarlanıb

Bakı, 23 yanvar, AZƏRTAC

Daxil olan müraciət əsasında Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, ev 43 ünvanında yerləşən “Moon Pub” restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlama aparılıb.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı fiziki şəxs Əliyev Zaur İslam oğluna məxsus restoranın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki-normativ tələblərin pozulduğu müəyyən olunub. Həmçinin ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb.

Müayinələrin aparılması üçün nümunələr müvafiq laboratoriyaya təqdim edilib. Araşdırmalar davam etdirilir.

Faktla bağlı cavabdeh şəxs barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.

Seçilən
5
50
azertag.az

10Mənbələr