İran Trampla danışıqlara hazır olduğnu bildirib...
Samir Hümbətov: “Trampın hansı danışıqlar aparacağı maraqlıdır. Ola bilər ki, bəlkə də İrana qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırmasını danışa bilərlər. Amma bəzi bölgələrdə İranın üstünlüyü ABŞ-yə verməsi məsələsi gündəm ola bilər və s”.
“Təbii ki, üz-üzə onlar bir-birlərinə düşmən görünə bilərlər, bir-birlərini ciddi şəkildə ittiham edə bilərlər. Amma arxa planda hər iki tərəf çox məmnun görünürlər”.
Bu sözləri politoloq Samir Hümbətov İran-ABŞ münasibətlərini Poliqon-a şərh edərkən qeyd edib.
Andiçmə mərasimindən sonra İran Trampla danışıqlara hazır olduğnu bildirib. Tramp da daha əvvəl İranla danışqılarda maraqlı olduğunu bildirmişdi.
Tramp dönəmində ABŞ-nin İranla hər hansı bir məsələdə razılığa gələ biləcəyinə ehtimal vermək olar?
Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.
Samir Hümbətov: “Hər vəziyyətdə mən düşünmürəm ki, ABŞ-İran arasında aparılan danışıqlar nəticə versin”.
Yaxın Şərqin həm ABŞ-nin, həm də İranın istədiyi formada idarə olunduğuna diqqət çəkən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, indiki halda Trampın aparacağı danışıqlarda ənənəvi ABŞ və İran xarici siyasətin dəyişəcəyini düşünmək bir az sadəlövhlük olardı:
“Tramp andiçmə mərasimində və ondan öncə də İranla münasibətləri düzəldəcəyini söyləmişdi. Məsələ burasındadır ki, ABŞ və İran arasında gizli razılaşmalar var. Bu razılaşmaları həm İran, həm də ABŞ çox dəqiqliklə həyata keçirir. Təbii ki, üz-üzə onlar bir-birlərinə düşmən görünə bilərlər, bir-birlərini ciddi şəkildə ittiham edə bilərlər. Amma arxa planda hər iki tərəf çox məmnun görünürlər.
Trampın hansı danışıqlar aparacağı maraqlıdır. Ola bilər ki, bəlkə də İrana qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırmasını danışa bilərlər. Amma bəzi bölgələrdə İranın üstünlüyü ABŞ-a verməsi məsələsi gündəm ola bilər və s. Amma hər vəziyyətdə mən düşünmürəm ki, ABŞ-İran arasında aparılan danışıqlar nəticə versin. Çünki bu cür vəziyyət həm İranın mövcud hökuməti olan molla rejiminə, həm də ABŞ-a sərf edir. Hər ikisi də bu prosesi çox rahatlıqla oynaya bilirlər vı istədikləri istiqamətə yönəldə bilirlər.
Beləliklə də, Yaxın Şərq həm ABŞ-in, həm də İranın istədiyi formada idarə oluna bilir. Buna görə də, indiki halda Trampın aparacağı danışıqlarda ənənəvi ABŞ və İran xarici siyasətin dəyişəcəyini düşünmək bir az sadəlövhlük olardı. Ola bilsin Tramp danışıqlar aparacaq. Amma indiki halda dəyişən nələrisə müşahidə etmək çətin məsələdir”.
Nərminə UMUDLU
Poliqon.info