AZ

ABŞ-nin yeni Dövlət katibi müəyyənləşib

ABŞ-nin yeni baş diplomatı, 53 yaşlıMarko Rubio2006-2008-ci illərdə Florida Nümayəndələr Palatasının spikeri vəzifəsində çalışıb. 2011-ci ildə senator, habelə Senatın xarici əlaqələr və kəşfiyyat komitələrinin üzvü seçilib.

O, Ağ Evə qayıdan Prezident Donald Trampın kabinetinə namizədlər arasında Senat tərəfindən təsdiqlənən ilk şəxsdir. Trampın digər namizədləri ilə bağlı səsvermələrin də bu həftə keçirilməsi gözlənilir.

ABŞ-yə Kubadan gələn mühacir ailənin oğlu Rubio öz "vətən"inə - kommunist ada dövlətinə, habelə onun müttəfiqlərinə, o cümlədən Venesuela Prezidenti Nikolas Maduronun hökumətinə qarşı sərt tədbirlərin görülməsinə tərəfdardır. O, eyni zamanda, Çinin qatı tənqidçisi, İsrailin isə müdafiəçisidir. Rubio Ukraynada müharibənin başa çatdırılmasını da Vaşinqton üçün prioritet məsələ sayır.

Marko Rubio həmçinin ABŞ Dövlət Departamentinin ilk ispanəsilli rəhbəridir.

Firudin Həmidli
AzVision.az
Seçilən
6
33
azvision.az

10Mənbələr