AZ

Pekin: “ABŞ özünün hegemon və despot simasını göstərdi”

AzVision.az xəbər verir ki, Çinin Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Qo Tszyakun keçirdiyi brifinqdə belə deyib.

“Kuba prezidenti Dias-Kanelin dediyi kimi, ABŞ-nin yeni hökumətinin Kubanı terrorizmi himayə edən ölkələr siyahısına salmaq kimi aldadıcı təcrübəni bərpa etməsində məqsəd Kuba üzərində hökmranlıq yaratmaq üçün ona qarşı amansız iqtisadi müharibəni davam etdirməkdir”, - çinli diplomat bildirib.

Onun sözlərinə görə, bu addım ABŞ-nin birtərəfli siyahılarının və icra mexanizmlərinin pis imicinin göstəricisidr.

-Terrorçuluğa sponsorluq edən ölkələrin qondarma siyahısından dəfələrlə istifadə edilməsi və Kubaya qarşı özbaşına birtərəfli sanksiyaların tətbiqi faktlara ziddir və heç bir əsası olmayan bu addım ABŞ-nin hegemon və despot imicini tam açıb göstərir”,- Çinin XİN təmsilçisi vurğulayıv.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin son qərarını ləğv edərək, yenidən Kubaya terrorun sponsoru ölkəsi statusunu verib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
2
33
azvision.az

10Mənbələr