Bakı, 21 yanvar, AZƏRTAC
Bu gün qadın voleybolçular arasında Yüksək Liqada VII turun görüşləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, əvvəlcə meydanda “Murov Az Terminal” və “Azərreyl” komandaları çıxacaq. Görüş saat 16:00-da başlayacaq. “Milli Aviasiya Akademiyası” isə saat 18:00-da “Gəncə” ilə üz-üzə gələcək.
Qarşılaşmalar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq.
Son matçda isə turnir cədvəlinin lideri “Abşeron” UNEC-in qonağı olacaq. Oyun saat 17:00-da UNEC idman zalında təşkil olunacaq.