AZ

Ən çox İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb

Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.

Qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2023-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 15,5 faiz artaraq 2 milyon 158,9 min nəfər olmuşdur.

İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 32 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 11,6 faiz, Gürcüstana gedənlərin sayı 11,5 faiz, Türkiyəyə gedənlərin sayı 8,5 faiz artmışdır.

Azərbaycan Respublikası vətəndaşlarının 41 faizi Türkiyəyə, 20,7 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,7 faizi İrana, 20,9 faizi digər ölkələrə səfər etmişdir.

Gedənlərin 63,8 faizini kişilər, 36,2 faizini qadınlar təşkil etmişdir.

2024-cü ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,4 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Seçilən
1
4
marja.az

10Mənbələr