AZ

Azərbaycana gələnlərin və ölkədən gedənlərin sayı açıqlanıb – RƏQƏMLƏR

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2024-cü ildəAzərbaycan Respublikasına dünyanın 196 ölkəsindən 2626,7 min və yaəvvəlki illə müqayisədə 25,9 faiz çox əcnəbi və vətəndaşlığıolmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gələnlərin 27,8faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,3 faizi Hindistan,8,0 faizi İran, 4,2 faizi Gürcüstan, 3,7 faizi Səudiyyə Ərəbistanı,3,3 faizi Qazaxıstan, 3,1 faizi Pakistan, hər birindən 1,8 faizolmaqla Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan, 1,7 faizi Çin,1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 1,1faizi İsrail, hər birindən 1,0 faiz olmaqla Belarus və BöyükBritaniya, 12,1 faizi digər ölkələrin vətəndaşları olub.

Qeyd olunub ki, gələnlərin 67,3 faizini kişilər, 32,7 faiziniqadınlar təşkil edib.

2023-cü illə müqayisədə Hindistandan gələnlərin sayı 2,1 dəfə,İspaniyadan - 2,0 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, Çindən - 1,9dəfə, Qırğızıstandan - 49,6 faiz, Qazaxıstandan - 48,6 faiz,Pakistandan - 46,7 faiz, Filippindən - 44,3 faiz, Omandan - 41,6faiz, İordaniyadan - 39,7 faiz, Polşadan - 37,0 faiz, ABŞ-dan -35,1 faiz, İtaliyadan - 35,1 faiz, Almaniyadan - 27,4 faiz, İrandan- 27,2 faiz, Niderlanddan - 27,1 faiz, Türkmənistandan - 27,0 faiz,Tacikistandan - 21,7 faiz, Səudiyyə Ərəbistanından - 21,6 faiz,Yəməndən - 21,0 faiz, Fransadan - 20,0 faiz, Böyük Britaniyadan -19,2 faiz, Misirdən - 17,2 faiz, Rusiya Federasiyasından - 17,0faiz, Özbəkistandan - 17,0 faiz, Ukraynadan - 15,6 faiz, Türkiyədən- 12,7 faiz, Moldovadan - 11,8 faiz artıb.

2023-cü illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdəngələnlərin sayı 34,9 faiz artaraq 112,3 min nəfər, körfəzölkələrindən gələnlərin sayı 21,4 faiz artaraq 425,0 min nəfər, MDBölkələrindən gələnlərin sayı 18,8 faiz artaraq 979,0 min nəfərolub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin75,6 faizi hava, 23,1 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isədəniz nəqliyyatından istifadə edib.

2023-cü illə müqayisədə xarici ölkələrə gedən AzərbaycanRespublikası vətəndaşlarının ümumi sayı isə 15,5 faiz artaraq2158,9 min nəfər olub. İrana gedən Azərbaycan Respublikasıvətəndaşlarının sayı 32,0 faiz, Rusiya Federasiyasına gedənlərinsayı 11,6 faiz, Gürcüstana gedənlərin sayı 11,5 faiz, Türkiyəyəgedənlərin sayı 8,5 faiz artıb.

Azərbaycan Respublikası vətəndaşlarının 41,0 faizi Türkiyəyə,20,7 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,7 faiziİrana, 20,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,8faizini kişilər, 36,2 faizini qadınlar təşkil edib.

2024-cü ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikasıvətəndaşlarının 69,4 faizi hava, 28,5 faizi dəmir yolu vəavtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Seçilən
1
6
az.trend.az

10Mənbələr