AZ

"Sabah"ın yeni transferi: "Burada olduğum üçün şadam" - VİDEO

"Sabah"ın yeni transferi, Qazaxıstan millisinin üzvü Stas Pokatilov Masazır təmsilçisinə keçidindən danışıb.

Apasport.az xəbər verir ki, 32 yaşlı qolkiper paytaxt təmsilçisinin mətbuat xidmətinə açıqlamasında "Sabah"a gəldiyi üçün xoşbəxt olduğunu bildirib: 

"Hamıya salam. Mənim adım Stas Pokatilovdur. Burada olmaqdan çox şadam. Stadionda görüşənədək. Sabah bizik".

Qeyd edək ki, Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib. 2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas, yığmada 28 oyun keçirib.

Super Liqa: “Trabzonspor”dan 4 qollu qalibiyyət

Danildo Assioli: "Portuqaliyada hamı Azərbaycan klublarından danışır"

Çantakias Azərbaycana qayıdır? - ÖZƏL

Millimizin üzvü komandasını dəyişib

I Liqa: XII turun oyun cədvəli

Seçilən
8
2
apasport.az

10Mənbələr